Anbar üçün Excel şablonu
Proqrama keçməzdən əvvəl qalığı nizamlı aparmaq üçün hazır cədvəl. Pulsuz, qeydiyyatsız.
anbar-inventar-sablonu.xlsx
2 vərəq: Qalıqlar və Xülasə. Excel, LibreOffice və Google Sheets ilə açılır.
Şablonda nə var
- Qalıqlar vərəqi: kod, barkod, malın adı, kateqoriya, ölçü vahidi, əvvəlki qalıq, mədaxil, məxaric, cari qalıq, minimum stok, status, maya dəyəri və qalığın dəyəri. 200 sətir üçün düsturlar hazırdır.
- Status avtomatik dəyişir: qalıq bitəndə "Bitib", minimuma enəndə "Sifariş et", qalan hallarda "Normal".
- Xülasə vərəqi: mal sayı, ümumi qalıq dəyəri, sifariş edilməli və bitmiş mallar.
Necə istifadə etmək olar
- Nümunə sətirləri silin və öz mallarınızı yazın.
- Ayın əvvəlində "Əvvəlki qalıq" sütununa faktiki sayımı yazın.
- Ay ərzində gələn malı "Mədaxil", çıxan malı "Məxaric" sütununa əlavə edin.
- Minimum stoku stok kalkulyatoru ilə hesablayın.
Anbar Proqramına keçid
Bir neçə nəfər eyni faylı redaktə edəndə, çeşid min malı keçəndə və ya kassa ilə avtomatik əlaqə lazım olanda Anbar Proqramı daha effektiv olur. Pulsuz demo sifariş edin, tam fəaliyyətini sınayın.