Topdan satış üçün anbar proqramı
Sifarişi düzgün yığın, borcu nəzarətdə saxlayın.
Yenilənib: 18.11.2026
Topdan satış üçün anbar proqramı
Topdan satışda sifariş çox olur, müştəri nisyə alır, qiymət müştəriyə görə dəyişir. Burada ən vacibi sifarişə və borca nəzarətdir.
Əsas imkanlar
- Qiymət siyahıları. Pərakəndə, topdan və xüsusi qiymət müştəriyə görə.
- Müştəri borcu. Hər müştərinin borc qalığı, ödəniş tarixi və borc limiti.
- Sifariş rezervi. Sifariş qəbul olunanda mal başqasına satılmasın deyə ayrılır.
- Bir neçə anbar. Mərkəzi anbar və filiallar üçün ayrıca qalıq.
- Ölçü vahidləri. Qutu ilə alıb ədədlə satın.
- Mənfəət. Hər satışda maya dəyəri və mənfəət görünür.
Sifarişin düzgün yığılması
Səhv yığılmış sifariş müştərini itirir. Yığım zamanı barkodu skan edəndə səhv mal dərhal üzə çıxır.
Nisyə və borc
Hər müştərinin cari borcu sistemdə görünür. Borc limiti keçiləndə yeni sifariş üçün xəbərdarlıq çıxır, gecikən ödənişlər vaxtında görünür.
Anbar Proqramını öz malınızla sınayın
Biznesinizi qısa yazın, demo hesab açaq və ilk quraşdırmada kömək edək.
Demo istəyin