Anbar Proqramının imkanları

Mal qəbulundan hesabata qədər gündəlik anbar işi bir yerdə.

Yenilənib: 18.11.2026

Anlıq qalıq

Hər satışda, mal qəbulunda və sayımda qalıq özü yenilənir. Mağaza və anbar eyni rəqəmi görür.

Satışla bağlı stok

Satılan mal qalıqdan avtomatik çıxılır. Nağd, kart və nisyə satışlar ayrıca görünür.

Barkodla iş

Barkod skaneri ilə satış və mal qəbulu sürətlənir. Mal adı ilə axtarmağa və əl ilə yazmağa ehtiyac qalmır.

Sayım

Fiziki sayımın nəticəsini sistemə daxil edin, proqram onu qalıqla müqayisə edib fərqləri göstərir.

Qaytarma və silinmə

Müştəridən qaytarılan mal qalığa geri qayıdır. Zədələnən və ya vaxtı keçən mal səbəbi ilə silinir.

Bir neçə anbar

Hər mağaza və anbar üçün ayrıca qalıq. Anbarlar arasında transfer edin, ümumi mənzərəni bir hesabatda görün.

Hesabatlar

  • Qalıq hesabatı
  • Satış hesabatı
  • Mənfəət və maya dəyəri
  • Malın hərəkət tarixçəsi

Excel-ə çıxarış

İstənilən hesabatı Excel faylı kimi yükləyin.

Telefondan nəzarət

Qalığı və günün satışını telefondan da yoxlaya bilərsiniz.

Anbar Proqramını öz malınızla sınayın

Biznesinizi qısa yazın, demo hesab açaq və ilk quraşdırmada kömək edək.

Demo istəyin